EN

Laçına qayıdan keçmiş məcburi köçkün: Bütün məhrumiyyətlər bu gün tarixin səhifələrinə yazıldı

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"38 yaşında Laçından çıxmışdım, bu gün isə 14 nəvəm var".

Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Laçın şəhərinə köç edən Həvva Nəsirova deyib.

O bildirib ki, Laçına qayıtmaq onların ən böyük arzusu olub:

"İllərlə yurd həsrəti çəkmişik. Bəziləri Laçın deyə-deyə bu dünyadan köçdülər. Çox itkilərimiz oldu, amma bu gün şükürlər olsun ki, doğma yurdumuza qovuşduq.

Hərbi hissənin inzibati binasında köçkünlük həyatı yaşadıq, məhrumiyyətlərlə keçdi ömrümüzün böyük hissəsi, amma bütün bunlar bax bu gün tarixin səhifələrinə yazıldı.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"

Xatırladaq ki, bu gün Laçın şəhərinə daha 20 ailə - 86 nəfər köçürülüb.

Rövşən Əsədov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
oxu.az

1Sources