EN

12 günlük müharibədə İran itkiləri

“İyunda İsraillə 12 gün davam edən müharibədə 1064 şəhidimiz olub”.

 İRNA xəbər verir ki, bunu İranın Şəhidlər və Qazilərin İşləri Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən Səid Ouhədi bildirib.

Onun sözlərinə görə, müharibə zamanı 5800-dən çox insan yaralanıb.

“Həmçinin, bu müharibədə yaralananların təxminən 92 faizi müalicə olunaraq evə buraxılıb”, - deyə S. Ouhədi əlavə edib.

Chosen
21
3
herbiand.az

4Sources