EN

Turnedə olan müğənnilərin meyitləri tapıldı

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Meksikada turnedə olan "DJ King" ləqəbli kolumbiyalı müğənni Bayron Sançes və Xorxe Luis Herreranın meyitləri tapılıb.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, sentyabrın 16-dan itkin düşən 31 yaşlı Sançes və 35 yaşlı Herreranın cəsədləri paytaxt Mexikodan təxminən 50 kilometr aralıda yerləşən Kokotitlan qəsəbəsində aşkarlanıb.

Meksika Baş Prokurorluğu hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başlanıldığını açıqlayıb. Mətbuat müğənnilərin ölümünün narkotik qaçaqmalçıları ilə bağlı ola biləcəyini yazıb.

Kolumbiya prezidenti Qustavo Petro onların ölümündə beynəlxalq mafiya və narkotik tacirlərini günahlandırıb.

Qeyd edilib ki, Sançes və Herrera sonuncu dəfə sentyabrın 16-da Mexiko şəhərinin Polanko rayonunda idman zalından çıxarkən görüntülənib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
35
1
qafqazinfo.az

4Sources