EN

Səbail Neftçi nin legionerinin qardaşını transfer edib

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

I Liqa təmsilçisi "Səbail" ötən gün heyətini malili futbolçu Momo Sako ilə gücləndirib.

Fanat.Az-ın məlumatına görə, 23 yaşlı futbolçu "Neftçi"nin legioneri Falaye Sakonun qardaşıdır. 

"Ağ-qaralar" yay transfer pəncərəsində onu da heyətinə qatmağa çalışıb. Hətta onun bir müddət "Neftçi"nin düşərgəsində olduğu bildirilir. Ancaq tərəflər son anda anlaşa bilməyiblər.

"Dənizçilər" son olaraq Portuqaliyanın "Vilaverdense" klubunda çıxış etmiş Momo Sako ilə 1 illik müqavilə imzalayıb. O, "Səbail"də 5 nömrəli forma altında çıxış edəcək.

Mali millisinin üzvü olan Falaye Sako isə avqustda "Neftçi" ilə "2+1" illik anlaşma əldə edilib. 30 yaşlı müdafiəçi 2023-cü ildən “Monpelye”nin formasını geyinib. 

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
1
fanat.az

2Sources