EN

Xalq rəssamı müəllifi olduğu xalçanı nazirliyə 100 min manata satdı

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Xalq rəssamı Eldar Mikayılzadə müəllifi olduğu "On dörd məsum” xalçasını Mədəniyyət Nazirliyinə satıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, alqı-satqı ilə bağlı nazirliklə Xalq rəssamı arasında müqavilə bağlanıb.

Müqaviləyə əsasən, xalçanın qiyməti 100 min manat müəyyənləşib.

Qeyd edək ki, 1956-cı il təvəllüdlü Eldar Mikayılzadə UNESCO yanında Rəssamlar Birliyinin üzvü və Azərbaycan manatının ilk eskizlərinin müəllifidir. O, "On dörd məsum” xalçasını 2001-ci ildə ərsəyə gətirib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
34
11
qaynarinfo.az

10Sources