EN

Çinlə ortaq “Yaşıl Enerji Sənaye Parkı” yaradılacaq

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi və “China Datang Overseas Investment Co.” şirkəti arasında ölkədə “Yaşıl Enerji Sənaye Parkı”nın yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb.

Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış memorandumu agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və Çin şirkətinin baş meneceri Yuanlong Zhou imzalayıb.

Qeyd edək ki, “Yaşıl Enerji Sənaye Parkı”nın əsas məqsədi bərpaolunan enerji və ekoloji texnologiyaların inkişafına töhfə verməkdir.

Chosen
11
24
xalqqazeti.az

10Sources