EN

"Ermənistan ilin axırına kimi yeni  konustitusiya mətnini tam hazırlayacaq" 

"Yekun sülh" müqaviləsi üçün Ermənistanda növbədənkənar seçkilər mümkündür. Ermənistan Baş naziri Nikol Paşinyanın gələn ilin əvvəlində növbədənkənar parlament seçkilərinə getməsi mümkündür. Çünki, seçkilər iyun ayında olarsa, konustitusiya referendumu növbəti mərhələyə keçər və Azərbaycanla yekun sülh müqaviləsi 2027-ci ilə qala bilər. Yekun sülh müqaviləsinin gecikməsi isə, yeni təhdidlərin ortaya çıxmasına gətirib çıxara bilər". 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Politoqun sözlərinə görə, Rusiya və İran prosesi pozmağa çalışır: 

"Nikol Paşinyan "Mülki Müqavilə"  partiyasının qurultayını keçirdi. Partiya yerli təşkilatlarını tam seçki üçün  gücləndirir. Baş nazir regionalara da səfərlər edib. Növbədənkənar seçkilər üçün tam hazır siyasi vəziyyət yetişib.  Əgər, Nikol Paşinyan seçkiləri iyunda və konustitusiya referendumu da 2026-ci ilin axır aylarında keçirilsə, proses uzana və yeni risklər meydana çıxa bilər. Amma növbədənkənar seçkilər və konustitusiya referendumu 2026-ci ilin ilk aylarında başlanarsa, N. Paşinyanın siyasi mövqeyi güclənə və Ermənistana Rusiyanın təzyiqləri neytrallaşar. Hazırda Türkiyə bu kontekstdə Ermənistanla konfedensial danışıqlar aparır. ABŞ də yekun sülh müqaviləsinin gələn il bağlanmasında maraqlıdır. 

Onu da qeyd edim ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Azərbaycandadir. Bu müstəvidə danışıqlar aparılması mümkündür. BMT Baş Assambleyası çərçivəsində prezident İlham Əliyevlə Nikol Paşinyan və Türkiyə prezidentinin üçtərəfli görüşünün keçirilməsi istisna deyil". 

M.Əsədullazadə deyib ki, Ermənistan ilin axırına kimi yeni  konustitusiya mətnini tam hazırlayacaq: 

"Geosiyasi proseslər və beynəlxalq situasiya gələn ilin yayında yekun sülh müqaviləsinin bağlanmasını tələb edir. Ermənistan Baş naziri siyasi iradə göstərib, baş verənləri düzgün və praqmatik qiymətləndirsə, yekun sülh müqaviləsi bu ölkənin leyhinə olacaq. Baş nazir Nikol Paşinyan "4-cü Respublikas" elan edir. Bunun üçün yekun sülh müqaviləsi mütləqdir". 

Vasif ƏLİHÜSEYN

Chosen
18
1
adalet.az

2Sources