EN

Bakıda taksilərə daha bir məhdudiyyət: Bir şəhərdə olan...

Azərbaycanda taksilərlə bağlı daha bir qəribə qərarla bağlı məlumat yayılıb. Belə ki, bir şəhərdə olan taksi digərində xidmət göstərə bilməz. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib. Onun sözlərinə görə, qanunvericiliyin tətbiqinə ehtiyac var:

“Sumqayıtın taksiləri Sumqayıtda, Xırdalanın taksiləri Xırdalanda, Gəncənin taksiləri Gəncədə xidmət göstərməlidir. Bu, qanunvericilikdə var. Biz hamını taksi adlandırırıq. Amma qanunvericilikdə onlar sifarişli xidmət həyata keçirirlər. Onun da tənzimlənməsi yaxın vaxtlarda yerini almalıdır”.

Maraqlıdır, belə bir qərara nə ehtiyac var? Axı nəyə görə şəhərlər arasında bölgü olmalı və bir şəhərin taksisi başqasına getməməlidir? Məsələn, sərnişin Xırdalandan Bakının Nərimanov rayonuna gəlmək üçün taksi xidmətindən necə istifadə edəcək?

Publika.az xəbər verir ki,AĞ Partiya başqanı Tural Abbaslı “Cebheinfo.az”-a açıqlamasında bu fikirlərə cavab verib:

“Hörmətli Anar Rzayev bunu necə müəyyən edib? Yəni Sumqayıt taksisi və ya Bakı taksisi nə deməkdir? Fərdin, yoxsa maşınının qeydiyyatı üzrədir? Həmçinin, bu qərarın iqtisadi və sosial əsası nədir? Görünür, ölçmədən-biçmədən əcaib qərarlar verirlər. İnternetin qarşısında otururlar, guya digər dövlətlərin təcrübələrini öyrənirlər. Lakin həmin dövlətlərin və xalqlarının maddi vəziyyəti, eləcə də sosial durumunu analiz etmirlər. Sadəcə baxıb köçürürlər. Xalqdan o qədər xəbərsizdirlər ki, fantastik qərarlar verirlər. Hətta Avropada belə birmənalı qarşılanmayan qərarları Azərbaycanda tətbiq etmək istəyirlər”.

Siyasətçi vurğulayıb ki, sözügedən qərar əsaslandırılmayıb:

Chosen
47
publika.az

1Sources