EN

Bu şiddətli baş ağrısının qarşısını almağa kömək edir

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Dərman müalicəsi ilə yanaşı, düzgün qidalanma da çoxşiddətli baş ağrılarının qarşısının alınmasında faydalı ola bilər. Həkim Olesya Maxovanın sözlərinə görə, tam taxıllı dənli məhsullar və yarpaqlı tərəvəzlər, xüsusilə B2 vitamini ilə zəngin olanlar, bu tutmaların tezliyini azaldır.

Redaktor.az xəbər verir ki, həkim bu haqda "Mirror" nəşrinə danışıb.

O bildirib ki, maqnezium çoxşiddətli baş ağrısı ilə mübarizədə vacibdir. Bu mineral əzələləri boşaldır, damarların fəaliyyətini tənzimləyir. Maqnezium ispanaq, göyərti, qoz-fındıq, balqabaq tumu və paxlalılarda bol olur. Zəncəfil və sarıkök isə iltihabəleyhinə təsir göstərərək tutmaların gücünü və müddətini azalda bilər.

Maxova həmçinin qeyd edib ki, bəzi heyvan mənşəli məhsullar uzun müddət saxlanmış pendirlər, hisə verilmiş ət və kolbasalar tiramin və nitritlərə görə çoxşiddətli baş ağrılarını tətikləyə bilər. Araşdırmalara əsasən, riboflavinin (B2 vitamini) yüksək dozalarda qəbulu bu tutmaların tezliyini nəzərəçarpacaq dərəcədə azaldır.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
1
redaktor.az

2Sources