BAKI, 23 sentyabr. TELEQRAF
NTD komandası amerikalı basketbolçu Maykl Braun-Jonsu transfer edib.
Klubun mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, forvard mövqeyində çıxış edən 24 yaşlı basketbolçu ilə bir illik müqavilə imzalanıb.
Braun-Jons son olaraq ABŞ-ın "The University of Mississippi" klubunun şərəfini qoruyub.
Qeyd edək ki, NTD buna qədər legionerlərdən Ladarius Marşalın, Kobi Montqomerinin, Jamel Kingin və Andra Makkinin transferlərini həyata keçirib.