EN

Dərsdən əvvəl "tərs yazı"

Nağıl nədir?
Nağıl danışılar, nağıl söylənilər, nağıl yazılar.
Nağılları danışan kimdir, söyləyən kimdir, yazan kimdir?
Nağıl bu gün bizim anlayışımızda körpə uşaqlar üçün yuxudan əvvəl danışılan həyatda olmayan zamanın və məkanın hekayəsidir.
Həyatda olmayan "nağıldakı həyat" nədən ötrüdür?
Nə üçün danışılar, söylənilər, yazılar?
Bu gün digital dünya içində də öz yerini saxlayan "Nağıl" cizgi filmlərinə çevrilsə də söykəndiyi yer yenə də "nağıl fabrikası"dır.
Nağıl "nağıl fabrikası" üçün ilk qaynağdır ki, əsası bir yerdən gəlir və o durduğu yeri heç dəyişməz. Mənim də məsələm nağılnın durduğu yeri müəyyən etmək və onun durduğu yerdə hansı zamanı əsas aldığını üzə çıxarmaqdan ibarətdir.
Nağıl "Bir zaman"ın içindədir, qarşısında başqa zaman yoxdur. "Məkan" o zamanın içində oyun meydançasıdır, qaydalar dəyişməz, oyun bitsə də, yenə də əvvəldən başlanar və sonsuza qədər davam edər.
Nağıl heç bitməz bu səbəbdən.
Daima davam edər.
Göydən düşən almalar yalnız yuxu üçün gələr və hər gecə üçün yenidən başlanar.
Mən sizə bir nağılın nağılını yazmağa çalışacaqam,
Bu nağılı ölkəmizdə hamı tanıyır,
O nağılın adı "Cırtdan"dır.
Hamının tanıdığı bu nağılın hardan gəldiyini, harda olduğunu və hara gedəcəyini isə bilmirik.
Bu nağılın hekayəsi ilə başlayan Azərbaycanı bilmək istəyiriksə, bu nağılın hardan gəldiyini, harda olduğunu və hara gedəcəyini bilməmiz bizə kimik, hardayıq və hara gedirik sualına cavab olacağına əminəm.
Ən asan suallar ən çətin cavabları içində saxladığı üçün o suallara cavab axtarmırıq. Zənn edirik ki, tanıyıb, bilirik.
Əslində isə Tanıma olaraq bizə tanıdılanın nədən sualını cavablaya bilsək, seçilən yolun istiqamətimiz olduğunu və ya olmadığını özümüz bilə bilərik.
Tanıma ilə bilmə arasındakı əsas məsələ də budur.
Nağıl haqqında yalnız Nağıl danışmaq öyrədildi bizlərə, ayırd edə bilmədik, nədən hər şeyin "haqqında" yazırıq, danışırıq, amma düşünə bilmirik.
Bunun əsas səbəblərindən biri də "Nağıldakı dünyamızın girov" alınmasıdır.
"Nağıl dünyamızın girov alınması" dərdini isə bir Nağılnın həyatınıza hardan girdiyini, nə üçün girdiyini və nəyə səbəb olduğunu anlatdığımdan sonra anlaya biləcəksiniz.
Gələn dərsdən əvvəl tərs sualda "Cırtdan"ı yazacağam, bu suallara cavab axtarmaq dərdim rəsmdəki Metehanla bərabər keçirdiyimiz Anların yazısıdır.
İdris Heydərli, filosof
Chosen
11
news365.az

1Sources