EN

Agentlik yetərli sayda təchizatçı tapmadı - TENDER LƏĞV OLUNDU

 "Minatəmizləmə Agentliyi”nin tenderi ləğv edilib.

FED.az xəbər verir ki, “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən elan edilmiş “İT avadanlıqları və aksesuarları”nın satın alınması ilə bağlı tender baş tutmayıb. Tenderin ehtimal olunan qiyməti 60 min 515,72 manat idi.

Ləğv edilmə səbəbi kimi satınalmada iştirak etmək üçün təklifi və təminatı təqdim etmiş, tələb olunan halda müvafiq lisenziya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib.

Qanunvericiliyə əsasən, belə hallarda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə uyğun olaraq tender proseduru ləğv edilir.

Chosen
19
fed.az

1Sources