EN

Əsnəmək ani iflic YARADA BİLƏR - ŞOK DETALLAR

Böyük Britaniyada yaşayan bir qadın səhər yuxudan sonra etdiyi sadə esnəmə hərəkəti ilə həyatının şokunu yaşayıb. Yüksək səslə esnəyib gerindiyi an bədənində “elektrik vurması” hiss edən qadının qolu havada donub və qısa müddət sonra iflic keçirib.

News365.az xəbər verir ki, xəstəxanaya aparılan qadının müayinələrində boyun fəqərələrinin onuriliyə təzyiq göstərdiyi, onurğasının əzildiyi aşkarlanıb. Sağ tərəfi tamamilə iflic olan qadın təcili əməliyyat olunub. Həkimlər əməliyyatdan sonra onun yenidən yerimə şansının və həyatda qalma ehtimalının cəmi 50 faiz olduğunu açıqlayıblar.

Aylardır reabilitasiyadadır

Ağır əməliyyatdan sonra uzunmüddətli müalicə və reabilitasiya sayəsində qadın yenidən yeriməyi öyrənib. Lakin omurğadakı qalıcı zədə səbəbindən ömrü boyu dərman müalicəsi alacağı bildirilib.

Hadisədən sonra fibromiyalji diaqnozu qoyulan qadının xroniki ağrı və yorğunluqdan əziyyət çəkdiyi, xüsusən də boyun, baş və qollara yayılan şiddətli ağrıların gündəlik həyatını çətinləşdirdiyi qeyd olunub.

“Əsnəməkdən qorxuram”

Sadə bir əsnəmə hərəkətinin həyatını alt-üst etdiyini deyən qadın hələ də əsnəməkdən qorxduğunu bildirib:

“Əsnəmək istəyi gələndə belə özümü saxlayıram. Yaşadıqlarımın təsiri hələ də davam edir.”

Bu hadisə həkimlər tərəfindən “boyun fəqərələrində problemi olan şəxslərin qəfil və güclü esnəmə və gərilmə hərəkətlərində ehtiyatlı olmaları” barədə xəbərdarlıq kimi dəyərləndirilir.

Chosen
17
news365.az

1Sources