EN

“Fitch Ratings” "Expressbank"ın göstəricilərini "Sabit" proqnozla təsdiqlədi

18 sentyabr 2025-ci il tarixində beynəlxalq reytinq agentliyi “Fitch Ratings” "Expressbank ASC”nin uzunmüddətli reytinqini “B+” səviyyəsində “Sabit” proqnozla təsdiqləyib.

"Unikal" xəbər verir ki, reytinqi şərtləndirən əsas amillərə "Expressbank"ın sağlam maliyyə göstəriciləri, aktivlərinin keyfiyyəti və yüksək kapitalı, eləcə də, Bankın məhdud qiymət təsiri və cəlbetmə xərclərinin yüksək olması təsir göstərir.

Hesabatda "Expressbank"ın 23% kimi yüksək kapital adekvatlığının olması, 2025-2026-cı illərdə normal ssenaridə 20%-in üzərində qalması gözlənildiyi bildirilir. Kredit portfelində problemli kreditlərin payı isə cəmi 1.2% təşkil edir. 

“Fitch” həmçinin vurğulayır ki, Bankın kredit portfelində milli valyutanın üstünlük təşkil etməsi dollarlaşma risklərini minimuma endirir.

“Fitch” Reytinq Agentliyi, həmçinin Bankın reytinqinə müsbət və mənfi təsir edəcək amilləri göstərib. Aktivlərin keyfiyyəti və yüksək kapitallaşma ilə birgə davamlı yüksək mənfəətlilik əldə olunduğu halda Bankın reytinqinin yüksəlməsi ehtimalı göstərilir. 

Onu da qeyd edək ki, Bankın kredit fəaliyyəti beynəlxalq risk idarəetmə standartlarına uyğun şəkildə aparılır. Təminatsız kreditlər müştərilərin ehtiyaclarına uyğun olaraq diqqətlə qiymətləndirilir və risklər tam nəzarətdə saxlanılır.

Həmçinin Bankın depozit siyasəti müştərilərin maraqlarını prioritet tutaraq depozit məhsullarının rəqabətqabiliyyətli şərtlərlə təklif olunmasını və bazar tendensiyalarına uyğun şəkildə daim yenilənməsini nəzərdə tutur.

"Expressbank" fəaliyyətində şəffaflıq və müştəri etimadını prioritet götürərək gələcək illərdə də dayanıqlı inkişaf xəttini davam etdirməyi hədəfləyir. Həmçinin Bankın sabit biznes modeli, sağlam risk idarəetməsi və güclü kapital bazası onun maliyyə dayanıqlığını qorumaqda əsas rol oynayır.

Qeyd edək ki, "Expressbank" Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
 

Chosen
12
7
unikal.az

8Sources