EN

Məsud Pezeşkian Şahin Mustafayevlə görüşdü Fotolar

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bu ölkədə səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlər Kabinetinin (NK) Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Şahin Mustafayev Məsud Pezeşkiana Prezident İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb.

Görüşdə hər iki ölkə rəhbərlərinin iradəsi və diqqəti ilə Azərbaycan-İran əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.

Möhkəm təməllər üzərində qurulmuş ölkələrarası faydalı əməkdaşlığın daha da genişləndirilməsi, birgə layihələrin icrasının davam etdirilməsinin əhəmmiyyəti vurğulanıb.

 İran Prezidenti Məsud Pezeşkian səmimi salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
31
qafqazinfo.az

10Sources