EN

Bu ölkə ilə viza rejimi qismən ləğv olunur

Azərbaycanla Surinam arasında diplomatik münasibətlərdə yeni addım atılıb.

Gundem.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun X platformasında paylaşıb:

"Surinamlı həmkarım Melvin Bouva ilə Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində görüşməyimə şadam.

Biz siyasi məsləhətləşmələri dərinləşdirmək, iqtisadi əlaqələri genişləndirmək və çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq yollarını nəzərdən keçirdik.

Görüşdə "Azərbaycan Respublikası Hökuməti və Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş"i imzaladıq", - XİN rəhbəri qeyd edib.

Chosen
7
14
gundem.az

10Sources