EN

Qadının sağlam böyrəyi səhvən çıxarılıb

Rusiyanın Buryatiya Respublikasında şok hadisə baş verib. AzPost xəbər verir ki, yerli onkoloji dispanserdə həkimlərin səhvi nəticəsində qadının sağlam böyrəyi çıxarılıb.

Hadisə ilə bağlı regionun İstintaq Komitəsi “sağlamlığa ağır zərər vurma” maddəsi üzrə cinayət işi açıb. İstintaqın ilkin versiyasına görə, həkimlər analiz cavablarını səhv salıb və bunun nəticəsində xəstəyə yanlış əməliyyat aparılıb.

Məlumata görə, xəstə əməliyyata onkoloji diaqnoz şübhəsi ilə daxil olub. Lakin analizlərin qarışdırılması səbəbindən həkimlər qadının sağlam böyrəyini götürüblər.

Rusiya mediası yazır ki, məsələ ictimaiyyətə sızdıqdan sonra səhiyyə qurumlarına ciddi suallar ünvanlanıb. Səhiyyə Nazirliyi isə baş verənlə bağlı geniş açıqlama verməyib, yalnız “həkim sirri açıqlana bilməz” cavabı ilə kifayətlənib.

AzPost.az

Chosen
5
1
azpost.info

2Sources