EN

Ukrayna ordusu rusların hərbi kazarmalarına zərbələr endirib - Foto

Ukrayna

Ukraynaya məxsus pilotsuz təyyarələrin işğal altında olan Krıma hücumu nəticəsində Rusiyanın hava hücumundan müdafiə obyektlərinə və hərbi infrastrukturuna ziyan dəyib.

Reyting.az
xəbər verir ki, “Astra” Telegram kanalı bu barədə regionun fövqəladə hallar xidmətindəki mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, iki pilotsuz təyyarə Razdolnenski rayonunun Voloçayevka kəndi yaxınlığında 31-ci Hava Hücumundan Müdafiə Diviziyasının mobil postunun konvoyuna zərbələr endirib və radar qurğusunu məhv edib.

Bundan əlavə, Simferopol rayonunun Donskoye kəndi yaxınlığında başqa bir pilotsuz təyyarə partlayıb və “Pantsir-S1” hava hücumundan müdafiə raket və silah sisteminə zərər verib.

Qeyd olunur ki, “Neptun” raketləri ilə həyata keçirildiyi ehtimal edilən iki zərbə Sakski rayonunun Vitino kəndi yaxınlığındakı 31-ci diviziyanın kazarma, klub, təlim binası və yeməkxanasına ziyan vurub.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi sentyabrın 21-nə keçən gecə Krım səmasında 12 PUA-nın, Qara dəniz üzərində isə daha dördünün vurulduğunu bildirib.



ELÇİN
Chosen
9
reyting.az

1Sources