Bakı. Trend:
Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında, eləcə də digərərazilərdə, ağız və dırnaq xəstəliyindən azad zonaların (FMB)yaradılması üçün peyvəndləmə prosedurları başlanılıb.
Trend xəbərverir ki, bunu Azərbaycan Respublikasının Qida TəhlükəsizliyiAgentliyinin sədr müavini Zəkiyə Mustafayeva bu gün Bakıdakeçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikincigünündə bildirib.
Onun sözlərinə görə, bu status tanındıqdan sonra heyvanməhsullarının ixracına və ölkəmizdən tranzitinə olan bir sıramövcud məhdudiyyətlər aradan qaldırılacaq: "Son illərdə kəndtəsərrüfatı və qida məhsullarının ixracının genişləndirilməsindəmühüm irəliləyişlər əldə olunub. Digər əhəmiyyətli nailiyyət isə“yaşıl dəhliz” mexanizminin tətbiqi olub. Bu mexanizm vasitəsiləqoz-fındıq, yun, dərilər, balıq və kaviar kimi məhsulların Avropaİttifaqına ixracına icazə verilib. Bundan əlavə, Azərbaycanməhsulları ABŞ və Birləşmiş Ərəb Əmirliklərinə, fındıq və badam isəÇin Xalq Respublikasına ixrac imkanı qazanıb.
Hal-hazırda balıq və əlaqəli məhsulların Avropa İttifaqıölkələrinə, zeytun məhsullarının Çin Xalq Respublikasına, həmçinindigər məhsulların Sinqapura ixracı üçün icazələrin alınmasıüzərində işlər davam edir".
Agentlik rəsmisi qeyd edib ki, qida təhlükəsizliyi sahəsindəgörülən bütün tədbirlər biznes və investisiya mühitinə bir neçəistiqamətdə töhfə verir: "Şəffaflıq və etibar təmin edir,beynəlxalq bazarlara çıxışı asanlaşdırır, rəqabət qabiliyyətiniartırır və xarici investisiyaların cəlb olunmasına töhfə verir.Beynəlxalq standartlara uyğun istehsal xarici investorlar üçünəminlik yaradır.
Nəticədə, uzun müddətdə aparılan islahatlar davamlı inkişafıdəstəkləyəcək və Azərbaycanı qida təhlükəsizliyi sahəsində regionalmərkəz kimi möhkəmləndirəcək".