Vətəninfo.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin, ABŞ-ın keçmiş prezidenti Co Baydenin Senatdakı keçmiş köməkçisi Tara Ridə Rusiya vətəndaşlığı verilməsi barədə fərman imzalayıb. Bu sənəd hüquqi aktların rəsmi portalında dərc olunub.”Rusiya Federasiyasının vətəndaşlığı aşağıdakı şəxslərə verilsin… Makkeyb Aleksandra Tara, 26 fevral 1964-cü ildə Amerika Birləşmiş Ştatlarında anadan olub”, – fərmanın mətnində qeyd olunur.Siyahıya həmçinin digər şəxslər də daxildir: İtaliyadan Giangaleazzo Genesio Ganzaroli, Tacikistan vətəndaşları Abduşükür Nazarov və Marina Dik qızları Valeriya və Yevgeniya, serbiyalı Danilo İvanoviç, ukraynalı Mixail Sarnı və qazax Maqdalina Sidiropulo.