EN

Mələyin görüntüsünü paylaşıb pul toplayan şəxs tutuldu – FOTO

Bakının Xəzər rayon sakini Mirvari Turabovanın övladının görüntülərini ondan xəbərsiz paylaşaraq ianə toplayan şəxs tutulub.

Busaat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimovun sözlərinə görə, vətəndaşın azyaşlı övladının xəstəlik vəziyyətindən sui-istifadə edilərək sosial şəbəkələrdə fotosunun paylaşılması və bu yolla pul toplanılması ilə bağlı daxil olmuş müraciət üzrə polis tərəfindən araşdırma aparılıb.

Araşdırmalar nəticəsində əməli törətməkdə şübhəli bilinən 23 yaşlı Feyruz Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun yaratdığı sosial şəbəkə səhifəsində yerləşdirdiyi bank hesabına müxtəlif şəxslər tərəfindən 10 000 manata yaxın ianənin toplandığı müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.


Chosen
16
16
busaat.az

10Sources