ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
“Əgər əvvəlki hökumətlər xalqa qələbə gətiriblərsə, o zaman 1996-cı ildən etibarən seçkiləri niyə saxtalaşdırdıqlarını da açıqlasınlar”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir keçmiş prezidentlər və müxalifət nümayəndələrini debata dəvət edib:
“Onlar Ermənistanı Qarabağda müharibəyə sürükləyib, daha sonra qaçdılar. Əvvəllər Laçın postunda ciblərinə yığdıqları manatları keflə xərcləmək üçün Qarabağdan Ermənistana qaçdılar. Özlərini “qalib prezidentlər” adlandıran o üç nəfərin (Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan) heç biri xalqın etimadını qazana bilmədi. Əgər xalqa qələbə gətirmisinizsə, o zaman seçkiləri niyə saxtalaşdırırdınız? Xalq onu qalib edən lideri seçə bilməzdi?
Bütün təbliğatınıza rəğmən, xalq sizin qələbə gətirmədiyinizi anladı və ayaqlandı. Siz Ermənistanı çıxış yolu olmayan uçuruma sürüklədiniz. Biz minlərlə qurban verməyin bahasına çıxış yolu tapdıq. Hər birinizi debata çağırıram, İrəvan-Kentrondakı kameramda təşkil edə bilərik ki, hamınız üçün rahat olsun”.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.