EN

İran və Oman regional məsələləri müzakirə edib

BAKI, TurkicWorld, Fərid Mikayılov

İran xarici işlər naziri Abbas Əraqçi ilə Oman xarici işlər naziri Bədr bin Həməd Əl-Busaidi BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda görüş keçiriblər.

TurkicWorld xəbər verir ki, görüş zamanı tərəflər İran-Oman ikitərəfli münasibətlərinin inkişafı, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Əsas mövzulardan biri Qəzzadakı müharibə olub. Əraqçi İsrailin bölgədə həyata keçirdiyi “soyqırımın” dayandırılmasının və İsrail rəsmilərinin ədalət qarşısında cavab verməsinin zəruriliyini vurğulayıb.

Nazirlər həmçinin İranın nüvə proqramını müzakirə ediblər. Əraqçi Avropa tərəflərinin məsuliyyətli davranmasının vacibliyini qeyd edib və İranın “konstruktiv və məsuliyyətli yanaşmasının dəyərinin” tanınmalı olduğunu bildirib.

O, Qərbin İrana qarşı mövcud sanksiyaların aradan qaldırılmasına dair öhdəliklərinə əməl etməli olduğunu vurğulayıb və nüvə məsələsində hər hansı yanlış hesablamanın ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.

Chosen
4
turkic.world

1Sources