EN

Bakı sakinlərinə ŞAD XƏBƏR: Yenilənir!

Bakıda ictimai nəqliyyatla bağlı problemlər yenidən gündəmə gəlib. Bu dəfə şikayətlər 102 nömrəli marşrut xəttindən gəlir. Sərnişinlərin sözlərinə görə, avtobuslarda həm hərəkət qrafiki, həm də texniki vəziyyətlə bağlı ciddi çatışmazlıqlar mövcuddur. Xüsusilə səhər saatlarında gecikmələrin artması, uzun intervallar və nasaz avtobuslar sərnişinlərin narazılığına səbəb olur.

Məsələ ilə bağlı  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Qurumdan “Yeni Sabah”a cavab olaraq bildirilib ki, marşrutun müvəqqəti istismarçısına mövcud vəziyyətlə bağlı tapşırıqlar verilib: Dominos pizza

“102 nömrəli marşrutda avtobus sayı və hərəkət intervalı sərnişin tələbatına uyğun olaraq təşkil edilib. Marşrut üzrə 7 avtobus 10-12 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Lakin günün pik saatlarında marşrutun hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı avtobuslararası intervalın artmasına səbəb olur. Buna baxmayaraq, marşrutun müvəqqəti istismarçısına marşrut üzrə avtobusların sayının sərnişin tələbatına uyğun nizamlanması, günün pik saatlarında marşruta əlavə avtobusların cəlb edilməsi ilə bağlı tapşırıq verilib”.

Həmçinin qeyd edilib ki, paytaxtda daşımalara ekoloji cəhətdən təmiz və komfortlu daha 200 avtobus gətiriləcək:

“Hazırda Bakı şəhərinin inzibati ərazisində nöqsanlar aşkar edilən bütün müntəzəm marşrutlarda avtobusların yenilənməsi, eyni zamanda müsabiqəyə çıxarılaraq balansında tələblərə cavab verən nəqliyyat vasitələri olan daşıyıcıya həvalə edilməsi istiqamətində müvafiq işlər həyata keçirilir. Qeyd edilən marşrutun müvəqqəti istismarçısına da nöqsanların aradan qaldırılması, avtobus parkının yenilənməsi və marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi barədə tapşırıqlar verilib. Daşıyıcı tərəfindən avtobus parkının yenilənməsi həyata keçirilməyəcəyi təqdirdə marşrut müsabiqəyə çıxarılır.

Qeyd edək ki, gündəlik sərnişindaşıma fəaliyyətinə 2300 avtobus cəlb edilir.  Hazırda dövlətin təşəbbüsünü dəstəkləyən özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir.  2025-ci il ərzində 10 marşrut üzrə yenilənmə aparılıb və 150-yə yaxın ekoloji təmiz avtobus daşımalara cəlb olunub. Yenilənmə prosesi paytaxtla yanaşı Sumqayıt şəhəri və Abşeron rayonu ərzisini də əhatə edib. Belə ki, 7 marşrut üzrə 85 müasir avtobus sərnişinlərin istifadəsinə verilib. Əlavə olaraq, bu yaxınlarda daşıyıcılar tərəfindən Bakı şəhərində daşımalara ekoloji cəhətdən təmiz və komfortlu daha 200 avtobus gətiriləcək”.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
15
2
yenisabah.az

3Sources