EN

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradılacaq

Azərbaycan İnvestisiya Holdinqi (AIH) ilə Çinin "Silk Road Fund Co., Ltd" (SRF) arasında Birgə İnvestisiya Fondunun yaradılmasına dair ilkin anlaşmaya dair saziş (Term Sheet) imzalanıb.

Day.Az xəbər verir ki, imzalanma mərasimi bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günü çərçivəsində baş tutub.

Sənədə Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov və "Silk Road Fund" şirkətinin icraçı direktor müavini Denq Jinqhua imza atıblar.

Bu əməkdaşlıq ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsinə xidmət edəcək.

Chosen
5
3
day.az

10Sources