EN

Azərbaycanda bazalt istehsalına investisiya qoyulacaq

 

İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondu (ABIF) və "Basalt Group" MMC arasında "Azerbazalt Elmi-İstehsalat Birliyi" MMC-nin nizamnamə kapitalında birgə iştirakla bağlı müqavilə imzalanıb.

Missiya.Az xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub.

Sənədi ABIF-in baş direktoru Yasin Cəlilov və "Basalt Group" MMC-nin nümayəndəsi imzalayıb.

Müqavilə yerli sənaye istehsalının inkişafına töhfə verəcək.

Chosen
8
3
missiya.az

5Sources