EN

Moskvada həyəcanlı gecə Hava limanları bağlandı

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Sentyabrın 22-də axşam saatlarında Moskva və Moskva vilayəti dron hücumuna məruz qalıb. 

“AzPolitika” xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyanin məlumat verib. Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri zərbələri dəf edib.

Sobyanin əvvəlcə 9 dronun vurulduğunu açıqlasa da, gecə yarısına yaxın bu say 15-ə çatıb. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hücumdan bir qədər əvvəl Moskva və vilayətin müxtəlif rayonlarında, əsasən şimal-qərb və cənub istiqamətlərində partlayış səsləri eşidilib. Sosial şəbəkələrdə paylaşılan məlumatlara görə, şəhər əhalisi ümumilikdə 10-dan çox partlayış eşidib. Bununla belə, hava həyəcan siqnalı elan edilməyib.

“Baza” nəşrinin məlumatına görə, hücum səbəbindən Moskvanın hava limanlarının işi müvəqqəti dayandırılıb. “Flightradar24” xidmətinin məlumatında bildirilir ki, bir neçə təyyarə Moskvaya yaxınlaşarkən geriyə döndərilib. Sosial şəbəkələrdə isə binaların üzərindən alçaq hündürlükdə uçan təyyarənin görüntüləri yayılıb.

Rosaviatsiyanın açıqlamasına əsasən, məhdudiyyətlər əsasən Şeremetyevo hava limanında tətbiq olunub. “Baza” yazır ki, dronlardan biri Moskvaətrafı Reutov şəhərinə düşüb və nəticədə bir neçə avtomobilə ziyan dəyib.

Qeyd edək ki, 2025-ci il ərzində dəfələrlə Ukraynadan göndərilən pilotsuz aparatların hücumları Moskvanın hava limanlarının fəaliyyətinə maneələr yaradıb.

Rasim

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

1Sources