EN

Pezeşkianla Mustafayev nəyi müzakirə ediblər?

Pezeşkianla Mustafayev nəyi müzakirə ediblər?Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bu ölkədə səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin (NK) Mətbuat xidməti də məlumat yayıb.

Bildirilib ki, görüşdə Şahin Mustafayev Məsud Pezeşkiana Prezident İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb.

Görüşdə hər iki ölkə rəhbərlərinin iradəsi və diqqəti ilə Azərbaycan-İran əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.

Möhkəm təməllər üzərində qurulmuş ölkələrarası faydalı əməkdaşlığın daha da genişləndirilməsi, birgə layihələrin icrasının davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

İran Prezidenti Məsud Pezeşkian səmimi salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.
Pezeşkianla Mustafayev nəyi müzakirə ediblər?

Chosen
14
7
sonxeber.az

10Sources