EN

Daha bir cüdoçumuzun gözləri görürmüş Avropa çempionatına buraxılmadı

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş paracüdo üzrə Avropa çempionatına daha bir idmançımızın buraxılmadığı aşkara çıxıb.

“Qafqazinfo” Prosport.az-a istinadən xəbər verir ki, qismən görmə məhdudiyyətli cüdoçuların yarışmalı olduğu J2 kateqoriyasında güləşməyi hədəfləmiş İlkin Nəsibovun gözlərində heç bir problem olmadığı aydın olub.

Yarışda kişi idmançılardan İsmayıl Muradov (J1, 70 kq), Əbdülrəhman Rzazadə (J1, 70 kq), Məhəmməd Əkbərov (J2, 70 kq), Saleh Sultanov (J2, 81 kq), Mehman Hüseynov (J1, +95 kq), İlham Zəkiyev (J1, +95 kq), qadınlardan isə Dürsədəf Kərimova (J2, +70 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) mübarizə aparıb.

Qeyd edək ki, yarışda yalnız paralimpiya çempionlarımız medal qazana bilib. Milli Paralimpiya Komitəsinin vitse-prezidenti də olan İlham Zəkiyev 9-cu dəfə Avropa çempionu olub, Dürsədəf Kərimova isə gümüş medalla kifayətlənib.

Xatırladaq ki, daha əvvəl mayda Qazaxıstanın paytaxtı Astanada keçirilmiş dünya çempionatında qadın cüdoçularımızdan paralimpiya çempionu Şəhanə Hacıyevanın gözlərində görmə ilə bağlı problem olmadığı üzə çıxmış və o, yarışa buraxılmamışdı. İdmançımız bununla da ömürlük paracüdo yarışlarından uzaqlaşdırılmışdı.

Həm Şəhanə Hacıyeva, həm də İlkin Nəsibov Sumqayıtda Fərid Ağakişiyevin tələbələri sayılır. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
3
20
qafqazinfo.az

10Sources