EN

Macarıstan Rusiyadan enerji alacağını davam etdirəcək

Macarıstan Rusiya enerjisini almaqdan imtina etməyəcək.

XəzərNews.az xəbər verir ki, bu barədə xarici işlər naziri Peter Siyarto BMT Baş Assambleyası çərçivəsində The Guardian-a müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Budapeştin enerji təhlükəsizliyini qorumaq üçün alternativ yoxdur. “Bu, sırf fiziki məsələdir. Macarıstan yanacaq təchizatı infrastrukturuna görə Rusiyaya dönməz şəkildə bağlıdır”, – deyə Siyarto vurğulayıb.

O, həmçinin ABŞ prezidenti Donald Trampın Avropa Birliyi ölkələrinə Rusiyanın enerji resurslarının idxalından tamamilə imtina etməklə bağlı çağırışlarını “başadüşülən” adlandırıb.

Siyarto əlavə edib ki, Macarıstan Rusiyadan açıq şəkildə neft alır, halbuki “digər Avropa ölkələri” bunu daha ucuz olduğu üçün “gizli və dolaşıq yollarla” həyata keçirirlər.

Xəbər 32 dəfə oxunub.
Chosen
28
xezernews.az

1Sources