EN

Uşaq Avroviziya 2025 : Azərbaycanın təmsilçisi kim olacaq?

ain.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Azərbaycanın dekabrın 13-də Tbilisidə keçiriləcək Uşaq Avroviziya 2025 mahnı müsabiqəsində təmsilçisinin adı açıqlanıb.

Mia.az xəbər verir ki, müsabiqədə Azərbaycanı Yağmur Nəsrullayeva təmsil edəcək.

Avroviziyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova bildirib ki, seçim üçün ümumilikdə 60-dan çox müraciət olub: "Ən yaxşı 15 nəfər növbəti mərhələyə buraxılıb və onlardan biri də qalib olub".

Müsabiqənin seçim mərhələsində münsiflər heyətində Xalq artisti Siyavuş Kərimi, əməkdar artist Gövhər Həsənzadə, əməkdar artist Vüqar Camalzadə, aranjimançı Vüqar Baxış, əvvəlki Avroviziya təmsilçisi Samirə Əfəndi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rejissoru Cavid İmamverdiyev olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
12
mia.az

10Sources