“Real” dünyanın ən dəyərli futbol brendi adına yiyələnib.
Msport.az xəbər verir ki, bu barədə “Brand Finance” konsaltinq şirkətinin hesabatında məlumat verilib.
Avqustun sonuna olan göstəricilərə əsasən, 2025-ci ildə “Real”ın brend dəyəri 1,92 milyard avroya çatıb.
İspaniyanın digər nəhəngi “Barselona” isə 1,7 milyard avro ilə siyahıda ikinci yeri tutur.