EN

Almaniyalı nazir: “Qəzzada fələstinlilərin vəziyyəti yer üzündə cəhənnəmidir”

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Almaniyanın xarici işlər naziri Yohann Vodeful İsrailin Qəzza zolağındakı hərəkətlərini kəskin tənqid edib və İsrail-Fələstin münaqişəsinin iki dövlətli həll yolu ilə həlli üçün danışıqlara çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Der Spiegel" məlumat verib.

XİN rəhbəri: "Bütün Qəzzada insanlar yer üzündə cəhənnəmi yaşayırlar", - deyə qeyd edib.

“Uzun müddətdir davam edən bu münaqişə terror, dağıntı və ölümlə həll edilə bilməz”, - deyə o, Nyu Yorka səfəri zamanı vurğulayıb.

Nazir Vodeful jurnalistlərə deyib ki, İsrailin “Qəzza şəhərindəki hücum əməliyyatı tamamilə yanlışdır”. O, İsrailin İordan çayının qərb sahilindəki hərəkətlərini də tənqid edib.

"İşğal edilmiş ərazilərin qeyri-qanuni ilhaqı istiqamətində istənilən addımlar münaqişənin uzunmüddətli həlli şanslarını sarsıdır", - deyə Almaniyanın xarici işlər naziri qeyd edib.

İsrailin tənqid olunmasına baxmayaraq, Almaniya hakimiyyəti dəfələrlə bir sıra tərəfdaşlarından fərqli olaraq Fələstin dövlətçiliyini hələ də tanımaq niyyətində olmadığını vurğulayıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
icma.az

1Sources