EN

“Oğlanların evlənə bilməməsinin səbəbkarı analarıdır” -  Aytən Səfərova

Aparıcı Aytən Səfərova yeni açıqlamaları ilə gündəmə gəlib.

Yenilik.az xəbər verir ki, o, oğlanların yaxşı qız, qızların da yaxşı oğlan tapa bilməməsindən gileylənib:
"Çox hallarda oğlanlar yaxşı qız, qızlar isə yaxşı oğlan tapmadıqlarını deyirlər. Maraqlıdır ki, yaxşı oğlan və qızlarımız da var. Amma axtarışlar harada gedir, bax bu böyük bir sualdır". 
 Aparıcı bildirib ki, anaların oğullarının ailə qurmasına mane olur:
"Oğlanlar bilirsiniz niyə qız tapa bilmir? Anaları ağız büzür, deyir ki, "Bunu bəyənirsən, bizə gəlin bu olacaq?". Baxırsan ki, oğlan artıq gəlib baba yaşına çatıb. Ona görə də övladların özünə seçim vermək lazımdır. Bəzən baxırsan ki, elə bil gəlini bütün ailə üçün gətirirlər. Sanki bütün ailə qızla evlənir".
Qeyd edək ki, Aytən Səfərov bu barədə aparıcısı olduğu "Xəbər ertəsi" verilişində danışıb.
Aydan Hacı 
Chosen
15
10
yenilik.az

10Sources