EN

Nazir: Tibb müəssisələri beynəlxalq akkreditasiya almalıdır

“Tibb müəssisələri beynəlxalq akkreditasiya almalıdır”.

Sabahinfo.az xəbər verir ki, bu sözləri səhiyyə naziri Teymur Musayev Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel sessiyada deyib. 

“Bütün tibb müəssisələrinin JCI, ISQUA kimi beynəlxalq tanınmış təşkilatlar tərəfindən akkreditasiyaya alınmasını məqəsədəuyğun hesab edirik. Bu, göstərilən tibbi xidmətlərin ən yüksək standartlarının sübutu, həm də layihənin davamlılığını və rəqabət qabiliyyətinin zəmanətidir”, - deyə Teymur Musayev əlavə edib.

Nazir bildirib ki, bu tədbir “Sea Breeze Health Valley”-i beynəlxalq səviyyədə tanıtdıracaq. Onu yerli və xarici pasiyentlər üçün etibarlı məkana çevirəcək.

Chosen
26
5
sabahinfo.az

10Sources