EN

“Sea Breeze Health Valley” səhiyyəyə yeni nəfəs verəcək

““Sea Breeze Health Valley” Azərbaycanın səhiyyəsinə yeni nəfəs verəcək”.

Musavat.com xəbər verir ki, bu sözləri səhiyyə naziri Teymur Musayev Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel sessiyada deyib.

““Sea Breeze Health Valley” yalnız səhiyyə layihəsi deyil.

Eyni zamanda, bu sahəni artımın əsas sütununa çevirəcək və milli iqtisadiyyatın diversifikasiyasına töhfə verəcək. Bu layihə yeni səhiyyə iqtisadiyyatı və maliyyələşdirmə modelləri üçün əsas istiqamətlərdən biridir”, - deyə Teymur Musayev əlavə edib.

Nazir qeyd edib ki, layihə tibbi turizm və elmi tədqiqatlar üzrə beynəlxalq mərkəz olmaqla yanaşı, regional tibb operatorlarını birləşdirərək yeni əməkdaşlıq imkanları yaradacaq.

Chosen
3
6
musavat.com

7Sources