EN

Rusiyada hava limanında kuryoz: Bir sərnişin öldü, biri epilepsiya keçirdi, biri uçmaqdan imtina etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Ufa şəhərinin hava limanında sərnişin təyyarəyə minik zamanı ölüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Baza" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, sentyabrın 23-nə keçən gecə Ufadan İrkutska uçmalı olan reysdə ("NordStar Airlines", "Boeing 737-8AS") 47 yaşlı kişinin qəfil halı pisləşib, hadisə yerinə gələn həkimlər onun həyatını xilas edə bilməyiblər.
Stres səbəbindən digər sərnişin epilepsiya tutması keçirib. Başqa bir kişi isə hadisədən sonra uçmaqdan imtina edib.
Təyyarə tezliklə havaya qalxa bilib.
Chosen
18
3
oxu.az

4Sources