Azərbaycanın İsrailə görə Avroviziyada iştirakdan imtina etməsi iddiaları həqiqəti əks etdirmir.
Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Uşaq Avroviziya müsabiqəsində təmsil olunması ilə bağlı mətbuat konfransında məlumat verilib.
"Bizim iştirakımız heç bir ölkənin iştirakından asılı deyil. Biz siyasətə qarışmırıq", - bunu Avroviziyada Azərbaycan nümayəndə heyətinin media rəhbəri Turab Teymurov qeyd edib.