EN

Avropanın ən hündür bazilikasının tikintisi tamamlanacaq

İspaniyanın Barselona şəhərindəki "Saqrada Familia" (Müqəddəs Ailə) bazilikası, 2025 - ci ilin sonu və ya 2026 - cı ilin əvvəlində tamamlanması planlaşdırılan İsa Peyğəmbər qülləsi ilə birlikdə 172 metr hündürlüyə çatacaq.

Kulis.az xəbər verir ki, 172 metr hündürlüyü ilə bu kilsə Almaniyadakı Ulm Kafedralının 162 metrlik hündürlüyünü geridə qoyacaq.

Tikilinin üst hissəsinə bir xaç qoyulacaq və ətrafı, biri Məryəm Anaya həsr olunmuş, dördü isə müjdəçilərin şərəfinə ucaldılmış daha kiçik beş qüllə ilə əhatə olunacaq.

Qeyd edək ki, "Saqrada Familia"nın təməl daşı 1882 - ci ildə qoyulub və o vaxtdan bəri işlər ianələr və turist gəlirlərindən təmin olunan vəsaitlə davam etdirilib.

Chosen
26
2
kulis.az

3Sources