EN

Britaniya Fələstinlə diplomatik münasibətlərin qurulması şərtlərini AÇIQLADI

Britaniya Fələstin Muxtariyyəti ilə tam diplomatik münasibətlərin qurulması şərtlərini açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Telegraph” yazır.

Britaniya hökuməti Fələstin Administrasiyasından (FA) tam diplomatik münasibətlər qurmazdan əvvəl terrorçuların ailələrinə ödənişləri dayandırmağı və məktəb dərsliklərini yenidən yazmağı tələb edib.

Baş nazir Starmer israr edir ki, Fələstin Administrasiyası “qətl müqabilində pul ödəmək” siyasətinə son qoysun – israillilərə hücumlara görə öldürülən və ya həbs olunan “şəhidlər” adlandırılan şəxslərin ailələrinə ödənişlər.

Nəşr vurğulayır ki, FA prezidenti Abbas fərmanla bu sxemə son qoymaq niyyətindədir.

Bundan əlavə, Baş nazir Starmerin hökuməti antisemitizm səbəbiylə Fələstin məktəb dərsliklərində dəyişiklik etmək istəyir.

Üçüncü tələb siyasi islahatlar və yeni seçkilərin təşkilidir. Londonun bu məsələlərdə Parislə sıx əməkdaşlıq etdiyi bildirilir.

Qeyd olunur ki, yalnız sadalanan tələblər yerinə yetirildikdən sonra Britaniya Şərqi Qüdsdə səfirlik açmağa və ya Fələstinlə beynəlxalq müqavilə imzalamağa hazır olacaq.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
9
1
interpress.az

2Sources