EN

ABŞ-də kilsədə insident: Keşiş qiyafəsinə girən şəxs Polşa lideri üçün təhlükə yaratdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-də naməlum şəxs keşiş qiyafəsinə girərək Polşa Prezidenti Karol Navrotskiyə yaxınlaşmağa çalışıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Polsat News" telekanalı xəbər verib.
Bildirilir ki, hadisə Pensilvaniya ştatının Doylstaun şəhərində yerləşən məbəddə dini mərasim zamanı baş verib.
Din xadimi olmayan şəxs dərhal məbəddən çıxarılıb. Onun üzərindən təhlükəli əşya tapılmasa da, müqavimət göstərib. Kişi daha sonra təhlükəsizlik xidməti əməkdaşları tərəfindən saxlanılıb.
Hadisənin şahidi olan polşalı jurnalist bildirib ki, saxlanılan şəxs yerli polyak icmasına tanışdır. O, əvvəllər də ibadət zamanı insanlara mane olub, lakin özünü keşiş kimi təqdim etməsi ilk dəfədir.
Chosen
22
3
oxu.az

10Sources