EN

ABŞ-də kilsədə insident

Yazını böyüt
Yazını kiçilt

ABŞ-də naməlum şəxs keşiş qiyafəsinə girərək Polşa Prezidenti Karol Navrotskiyə yaxınlaşmağa çalışıb.

Hafta.az xəbər verir ki, hadisə Pensilvaniya ştatının Doylstaun şəhərində yerləşən məbəddə dini mərasim zamanı baş verib.

Din xadimi olmayan şəxs dərhal məbəddən çıxarılıb. Onun üzərindən təhlükəli əşya tapılmasa da, müqavimət göstərib. Kişi daha sonra təhlükəsizlik xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin şahidi olan polşalı jurnalist bildirib ki, saxlanılan şəxs yerli polyak icmasına tanışdır. O, əvvəllər də ibadət zamanı insanlara mane olub, lakin özünü keşiş kimi təqdim etməsi ilk dəfədir. /"Polsat News"/

Chosen
53
3
hafta.az

10Sources