EN

İrandan iki ölkəyə mesaj: Təslim olmayacağıq, cavabımız sərt olacaq

BAKI, 23 sentyabr. TELEQRAF

“İran istənilən kənar müdaxiləyə qətiyyətlə və sərt cavab verəcək”.

Teleqraf xəbər verir ki, bunu İranın daxili işlər naziri Eskəndər Momeni deyib.

Nazir İranın 12 günlük müharibədə ABŞ və İranı geri çəkilməyə məcbur etdiyini iddia edib.

“Sionist rejim (İsrail) və ABŞ 12 günlük müharibədə İranın güclü müqaviməti qarşısında geri çəkilməyə məcbur oldu. İran istənilən təcavüzə güc və iqtidarla cavab verəcək, heç vaxt təslim olmayacaq”, - Momeni bildirib.

Chosen
30
teleqraf.com

1Sources