EN

Azərbaycanlı qadın professor rüşvətə görə həbs olundu

Seçenov Universitetinin professoru Əminə Qarayeva Rusiyanın paytaxtı Moskvada rüşvət alma işi üzrə həbs olunub.

Bu barədə paytaxtın ümumi yurisdiksiyalı məhkəmələrinin mətbuat xidməti məlumat yayıb. Ona Rusiya Cinayət Məcəlləsinin 291.1-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan (vasitəçilik yolu ilə rüşvətalma) ittiham irəli sürülüb. 

Qarayeva barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Universitetin saytından Qarayevaya aid məlumat silinib. Məlumata görə, o, N.A. Semaşko adına ictimai sağlamlıq və səhiyyə kafedrasının dosenti olub. Seçenov Universitetində isə tibbi statistika, eləcə də ictimai sağlamlıq və səhiyyə fənlərini tədris edib.

 

(Lent.az)

Chosen
2
2
moderator.az

3Sources