EN

“Kəpəz”in yeni baş məşqçisi olmağa 10 NAMİZƏD - Rednik və Əhmədov siyahıda varmı?

«Kəpəz»in yeni baş məşqçisi yaxın günlərdə məlum olacaq.

Saytımız bu barədə klubdan məlumat əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, Adil Şükürovun boşaltdığı vəzifəyə hazırda 10 namizəd var. onlardan yalnız ikisi yerlidir.

2023-cü ilin iyununda buradan göndərilmiş Tərlan Əhmədovun hazırda geri qayıtmaq şansı yoxdur, çünki yeni rəhbərlik onunla çalışmaq fikrindən uzaqdır.

Baxmayaraq ki, Əhmədov müxtəlif vəzifəli şəxslər vasitəsilə onlara xəbər göndərib, öz xidmətini təklif edib. Sadəcə, onunla bağlı klubda o qədər mənfi rəy formalaşıb ki, idarəçilər bu varianta heç gözünün ucuyla baxmaq da istəmir.

Yönətim əsasən əcnəbi mütəxəssislərlə maraqlanır. Mətbuatda Mirça Rednikin adı hallanır.

İddia olunur ki, gəncəli rəsmilər «Xəzər Lənkəran»ın sabiq baş məşqçisi ilə təkrar təmasa keçib və tərəflər arasında ilkin razılıq əldə edilib.

Lakin klubdan verilən məlumata görə, rumıniyalı çalışdırıcı ilə indiyədək heç bir danışıqlar aparılmayıb.

SPORTİNFO.AZ

Chosen
20
sportinfo.az

1Sources