EN

Cəlaloğlu: Daha bir neçə ölkə ilə hərbi qarşıdurma mümkündür

Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Uzun müddət davam edən müharibələr zamanı qonşu ölkələrdə də insidentlər yaranır. Təbii ki, iri dövlətlərin bir-birilə toqquşması istisnadır. Yəni Amerika ilə Rusiya birbaşa toqquşmayacaq, eləcə də İngiltərə, Almaniya və Fransa açıq hərbi qarşıdurmaya daxil olmaz. Amma mümkündür ki, Avropanın kiçik dövlətlərində proksi müharibələr olsun. Çünki II Dünya Müharibəsindən sonra Amerika ilə SSRİ və indi onun varisi olan Rusiya arasında müharibələr üçüncü dövlətlərin ərazisində baş verib. Biz bura Vyetnam, Koreya, Əfqanıstan, Kuba, Efiopiya və Afrikada baş verən savaşları aid edə bilərik. Yəni bu müharibələrdə döyüşən tərəflər əslində Amerika ilə SSRİ idi, lakin özləri bilavasitə savaşda iştirak etmirdilər”.Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Ukraynada və dünyanın digər ərazilərində müşahidə edilən hərbi-siyasi gərginlikdən danışarkən deyib.S. Cəlaloğlu ehtimal etmir ki, nüvə dövlətləri münaqişələrdə hərbi tərəf kimi iştirak etsinlər. Amma o, Ukrayna ilə yanaşı Polşa, Rumıniya, Estoniya kimi dövlətlərlə Rusiya arasında münaqişəni mümkün sayır və bildirir ki, əgər belə olarsa, Qərb həmin dövlətlərə daha ciddi dəstək verəcək.Cəlaloğlunun fikrincə, hazırkı vəziyyətdə Rusiyanın müharibəni genişləndirmək niyyəti ağılsızlıq olardı. ADP sədri əlavə edib ki, Rusiya hakimiyyəti sağlam düşünə bilmir: “Ukraynada müharibəyə başlamaq Rusiyanın ən böyük səhvlərindən biri idi. Müharibəyə qədər keçmiş müttəfiq ölkələr Rusiya ilə yüksək səviyyəli münasibətdə idi, Avropanın aparıcı dövlətləri ilə əla əlaqələr qurulmuşdu. Amma Ukrayna müharibəsi Rusiya ətrafındakı müttəfiqlərin əksəriyyətini kənarlaşdırdı və indi Rusiya Şimali Koreya və Belarusun ümidinə qalıb. Odur ki, münaqişə genişlənərsə, Rusiya daha çox itirəcək. Nəzərə almaq lazımdır ki, Ukrayna müharibəsində Rusiya hərbi potensialının azı üçdə birini itirib”.Cəlaloğlu qeyd edib ki, Rusiyada daxili vəziyyət də ağırdır:“İnterneti izləyən zaman görürük ki, Rusiyada vətəndaşlar zibil qablarından yemək axtarırlar, bəzi rus şəhərləri, xüsusən də Uzaq Şərq boşalır. Məncə, bu proses tədricən Rusiyanın Avropa hissəsinə də sirayət edəcək. Belə bir vəziyyətdə Rusiyanın birbaşa ABŞ, Almaniya, Fransa və İngiltərə kimi dövlətlərlə hərbi münaqişəyə gedəcəyini düşünmürəm, amma Baltikyanı dövlətlərlə, eləcə də Polşa, Rumıniya və Bolqarıstanla insidentlər yarana bilər. Amma, hətta bu ölkələrlə də geniş müharibə ağlabatan görünmür”. ADP sədri sonda əlavə edib ki, hazırda Rusiyaya lazım olan işlərdən biri Ukraynaya ciddi dəstək verən ölkələri neytrallaşdırmaqdır. Bu sırada Polşa, Baltikyanı ölkələr gəlir və onlar Ukraynaya hər cür dəstək verirlər. “Məncə, bu mərhələdə Rusiya Ukraynanı təkləmək üçün onların gözünü qorxutmaq istəyir. Amma düşünmürəm ki, Rusiya Avropa dövlətləri ilə uzunmüddətli və geniş müharibəyə başlasın”,- deyə Cəlaloğlu yekunlaşdırıb.Nemət ORUCOVReyting.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
1
reyting.az

2Sources