EN

İİTKM “Acquisition İnternational” beynəlxalq media təşkilatının “Non-Profit Organisation Awards 2025” beynəlxalq müsabiqəsində qalib olub.

Finss.az - Azərbaycanın dövlət idarəçiliyində innovasiya, şəffaflıq və məlumat əsaslı qərarvermə prinsiplərinin tətbiqi və bu prosesdə öncül mövqe tutan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) fəaliyyəti qlobal səviyyədə diqqət mərkəzindədir. Böyük Britaniyada yerləşən nüfuzlu “Acquisition International” beynəlxalq media qurumunun təşkil etdiyi “Non-Profit Organisation Awards 2025” müsabiqəsində İİTKM  “İnnovasiya” nominasiyası üzrə iki fərqli kateqoriyada ali mükafata layiq görülüb:

  • “Data Driven Governance Innovation Excellence Award 2025” (məlumat əsaslı idarəçilikdə innovasiya üzrə mükəmməllik)
  • “Non Profit Dedication & Integrity Excellence Award 2025” (qeyri-kommersiya sektorunda sadiqlik və dürüstlük üzrə mükəmməllik)

Bu uğurun əsasında Mərkəzin monitorinq və qiymətləndirmə məqsədilə formalaşdırdığı müasir rəqəmsal idarəetmə platforması dayanır. Platforma layihələrin icrasına nəzarətdə və qərarların dəstəklənməsində data analitikası, coğrafi informasiya texnologiyaları, video-müşahidə sistemləri və süni intellekt imkanlarının tətbiqi ilə seçilir.

Mükafatlandırmada yalnız texnoloji tərəqqi deyil, həm də Mərkəzin qeyri-kommersiya prinsiplərinə sadiqliyi, şəffaflıq, etik idarəçilik və ictimai hesabatlılıq standartlarına ciddi əməl etməsi mühüm rol oynayıb. Məhz bu xüsusiyyətlər Mərkəzə sadiqlik və dürüstlük üzrə mükəmməllik mükafatını qazandırıb.

Qeyd edilən kateqoriyalarda yalnız Azərbaycan deyil, müxtəlif regionlardan olan nüfuzlu təşkilatlar da təltif olunub. Bu isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin qlobal innovasiya və idarəçilik arenasında layiqli yer tutduğunu və beynəlxalq səviyyədə rəqabətədavamlı nümunə kimi tanındığını təsdiq edir.

“Acquisition International” Böyük Britaniyada yerləşən və 108 000-dən artıq qlobal abunəçisi olan aylıq rəqəmsal jurnaldır. Bu beynəlxalq media platforması maliyyə, hüquq, investisiya, M&A (birləşmə və satınalma), korporativ idarəetmə və innovasiya sahələrində aktual təhlillər təqdim edir. Jurnalın əsas oxucu bazası Böyük Britaniya, ABŞ, Qərbi Avropa və Asiya-Sakit Okean regionunu əhatə edir.

Mənbə: //www.acquisition-international.com/winners/center-for-analysis-of-economic-reforms-and-communication/

Chosen
1
1
fins.az

2Sources