Sumqayıt şəhərinin bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq...
Bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhərinin "Xəzər bağları" ərazisində yerləşən 141 saylı balans qovşağında cari təmir işlərinin aparılması ilə əlaqədar 1000 abonentin qaz təchizatı saat 15:30-da dayandırılacaq.
Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.
Poliqon.info