Növbəti mövsümün hazırlıqlarını davam etdirən "Sərhədçi" heyətinə daha bir əcnəbi basketbolçu qatıb.


Bu barədə Rekord.az-a paytaxt klubunun mətbuat xidmətindən bildirilib.


201 sm boya malik Mark Vance ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.


Qeyd edək ki, ABŞ-dən olan basketbolçunun son klubu "UT Southern" olub.