EN

Adnan Əhmədzadənin vəkili işdən çıxarılıb

Qeyd edək ki, Şaiq Mirzəyevin həmin qurumda Hüquq, kadrlar və sənədlərlə iş departamentinin müdiri vəzifəsini tutması haqda məlumatı hüquqşünas Əkrəm Həsənov sosial şəbəkədə ictimailəşdirib. O bunu qanunsuzluq kimi qiymətləndirərək, Baş prokurora, DİN-ə, DTX-ya və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə müraciət edib. Ajans.az xəbər verir ki, “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nin mətbuat katibi Fidan Seyidşahqızı məlumat ictimailəşəndən sonra Modern.az-a Şaiq Mirzəyevin həmin vəzifədən çıxarıldığını bildirib:

“Adı çəkilən şəxs hazırda Milli Observatoriyanın əməkdaşı deyil, onunla əmək müqaviləsinə xitam verilmişdir”.

Məlumata görə, Şaiq Mirzəyev sentyabrın 15-də vəzifəsindən azad olunub.

Chosen
33
10
Ajans.az

10Sources